Bu ilin yanvar-sentyabr ayları ərzində Gürcüstanın Azərbaycanla
xarici ticarət dövriyyəsinin həcmi 959,6 milyon ABŞ dollarına
çatıb.
Bu barədə Gürcüstan Milli Statistika İdarəsinin hesabatında qeyd
olunub. Bildirilib ki, bu göstərici ötən illə müqayisədə 169 milyon
dollar və ya 21,3% çoxdur.
Hesabat dövründə Gürcüstan Azərbaycandan 471 milyon ABŞ dolları
dəyərində mal və məhsullar idxal edib. Bu göstərici ötən illə
müqayisədə 80,5 milyon dollar və ya 20,6% çoxdur. Cari ildə
Azərbaycandan idxal Gürcüstanın ümumi idxalının 5%-ni təşkil edib.
Ötən ilin analoji dövründə isə Gürcüstan Azərbaycandan 390,5 milyon
dollar dəyərində mal və məhsullar idxal edib.
Bu ilin ilk 9 ayı ərzində Gürcüstanın Azərbaycana ixracı isə illik
ifadədə 22,1% və ya artaraq 488,6 milyon dollar təşkil edib. Bu il
Gürcüstanın ümumi ixracının 11,9%-i Azərbaycanın payına düşüb. Ötən
ilin ilk 9 ayında isə Gürcüstan Azərbaycana cəmi 400,1 milyon
dollarlıq mal və məhsullar ixrac edib.
Beləliklə, cari ildə Gürcüstanın Azərbaycanla xarici ticarət
dövriyyəsində 17,6 milyon dollarlıq müsbət saldo yaranıb ki, bu da
illik ifadədə 1,8 dəfə çoxdur.