Bu il Azərbaycanda qanunsuz narkotik satışı ilə bağlı 74 əcnəbi
saxlanılıb.
Bu barədə Azərbaycan Respublikasının rəqəmlər Narkomanlığa və
Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə
Dövlət Komissiyasının 2022-ci ilin yanvar-sentyabr aylarının
yekununa dair məlumatda öz əksini tapıb.
Bildirilib ki, bu ilin 9 ayında narkotiklərin qanunsuz dövriyyəsi
ilə bağlı cinayət məsuliyyətinə 6 249 nəfər cəlb edilmişdir
ki,
onlardanda 6079-u kişi, 170-i qadın olub.
Cinayət məsuliyyətinə cəlb edilən şəxslərdən 74 nəfəri xarici ölkə
vətəndaşıdır. Məsuliyyətə cəlb edilən 74 xarici ölkə vətəndaşından
36-sı İran, 8-i Gürcüstan, 10-u Türkiyə, 2-si Türkmənistan, 1-i
Qırğızıstan, 1-i Pakistan, 2-si Ukrayna , 1-i Maldiv və 13-ü Rusiya
vətəndaşı olub.
Xarici ölkə vətəndaşlarından ümumilikdə 1 ton 039 kq 686,303 qr və
4 178 həb müxtəlif növ narkotik vasitə və psixotrop maddələr,
habelə 16 759 ədəd narkotik tərkibli çətənə bitkisi götürülüb.