Gürcüstan Azərbaycanla əməkdaşlığı dərinləşdirməyə davam edir.
Bunu Gürcüstanın xarici işlər naziri İlia Darçiaşvili parlamentin
“nazir saatı” formatında çıxışı zamanı bildirib.
“İki ölkə arasında mövcud olan strateji tərəfdaşlığa
əsaslanaraq bir sıra istiqamətlərdə əməkdaşlığımızı dərinləşdirməyə
davam edirik. Azərbaycan və Gürcüstan öz ərazisindən keçən
nəqliyyat-kommunikasiya dəhlizinin cəlbediciliyinin artırılmasında
böyük rol oynayır. Yeni geosiyasi vəziyyəti nəzərə alaraq, Orta
Dəhliz vasitəsilə yükdaşımaların əhəmiyyəti xeyli artıb, bu
istiqamətdə Azərbaycan və Türkiyə ilə intensiv əlaqə davam
etdirilir. Xüsusilə qeyd etmək lazımdır ki, Azərbaycan və Gürcüstan
arasında iqtisadi əməkdaşlıq üzrə birgə hökumətlərarası
komissiyanın növbəti iclası Bakıda keçirilib”, -
Darçiaşvili bildirib.
Nazir onu da diqqətə çatdırıb ki, Gürcüstan Türkiyə ilə strateji
əlaqələr çərçivəsində fəal əməkdaşlığı davam etdirir.
XİN başçısı əlavə edib ki, iki ölkə arasında Baş nazir və xarici
işlər nazirləri səviyyəsində mühüm görüşlər keçirilib, eləcə də
nazir müavinləri səviyyəsində işgüzar səfərlər baş tutub.
Darçiaşvili qeyd edib ki, uzun fasilədən sonra bu il iki ölkənin
xarici işlər nazirlikləri arasında siyasi məsləhətləşmələr bərpa
edilib.