Gürcüstanın cənub qonşularına münasibətdə xarici siyasəti
balanslaşdırılmış tərəfdaşlıq münasibətləri və qarşılıqlı faydalı
əməkdaşlığa yönəlib.
Bunu, Gürcüstanın xarici işlər naziri İlia Darçiaşvili parlamentin
"nazir saatı" formatında çıxışı zamanı bildirib.
Nazir qeyd edib ki, Gürcüstanın məqsədi regionda sülh, sabitlik,
mehriban qonşuluq və dinamik inkişafı təşviq etməkdir.
XİN başçısı çıxışında Gürcüstan Baş naziri İrakli Qaribaşvilinin
BMT Baş Assambleyasındakı
çıxışını xatırladıb. O qeyd edib ki, Baş
nazirin də bildirdiyi kimi, Cənubi Qafqazı yeni fürsətlər və
iqtisadi artım regionuna çevirmək üçün təsirli addımlar
atılmalıdır.
Darçiaşvili Azərbaycan və Ermənistan XİN başçılarının Tbilisidə
keçirilən görüşünün Gürcüstan tərəfindən etimad inşası
istiqamətində mühüm təşəbbüs olduğunu qeyd edib.
“Hesab edirik ki, bu təşəbbüs və onun həyata
keçirilməsi region üçün vacibdir”, - nazir
vurğulayıb.