Azərbaycan, Türkiyə və Gürcüstan xüsusi təyinatlılarının birgə təlimləri başa çatıb - VİDEO
10:46 / 21.10.2022
Azərbaycan, Türkiyə və Gürcüstan xüsusi təyinatlılarının “Qafqaz
Qartalı 2022” adı altında keçirilən birgə hərbi təlimləri başa
çatıb.
Muxrovani hərbi bazasında keçirilən təlimlərin bağlanış mərasimində
Gürcüstanın Müdafiə naziri Cuanşer Burçuladze, eləcə də Azərbaycan
və Türkiyədən olan nümayəndələr iştirak ediblər. Mərasimdə
təlimlərdə iştirak etmiş xüsusi təyinatlılar
mükafatlandırılıblar.
Məlumatda qeyd olunub ki, iki həftəlik “Qafqaz Qartalı 2022”
təlimlərinin məqsədi Azərbaycan, Türkiyə və Gürcüstanın xüsusi
təyinatlı bölmələri arasında sinxronizasiya və koordinasiya
imkanlarını dərinləşdirmək, təcrübə paylaşımı etmək, qarşılıqlı
əməliyyat qabiliyyətini artırmaq və çoxmillətli mühitdə komanda və
nəzarəti inkişaf etdirməkdir.