Prokurorluq iki şəxsə qarşı Şida Kartli və Mtsxeta-Mtianeti bölgələrində dövlətə məxsus torpaqların fırıldaq yolu ilə alınmasına görə ittiham irəli sürüb
Gürcüstan Prokurorluğu Şida Kartli və Mtsxeta-Mtianeti bölgələrində dövlət mülkiyyətində olan torpaqların fırıldaq yolu ilə alınması ilə bağlı daha bir fakt aşkarlayıb. İki nəfərə qarşı vəzifə saxtakarlığı, dələduzluq, dələduzluğa köməklik və saxta rəsmi sənəd hazırlama və ondan istifadə maddələri ilə cinayət işi açılıb.

Agentlikdən verilən məlumata görə, aparılan araşdırma zamanı müəyyən edilib ki, Mtsxeti merinin 2019-2021-ci illərdə
Saquramo inzibati ərazi vahidində çalışmış nümayəndəsi 2020-ci ildə saxta rəsmi sənəd hazırlayıb, ona əsasən 3000 kv.m torpaq sahəsini Saquramoda atasına verildiyi iddia edilir. Sözügedən saxta sənəd əsasında Mtsxeta merinin nümayəndəsinin atası dələduzluq yolu ilə 500 min lari dəyərində daşınmaz əmlaka sahib çıxıb.

Mtsxeti merinin keçmiş nümayəndəsi Mülki Məcəllənin 341-ci maddəsi (vəzifə saxtakarlığı, yəni vəzifəli şəxsə bərabər tutulan şəxs tərəfindən şəxsi məqsədlər üçün saxta sənəd hazırlamaq və vermək) və 25,180-ci maddəsinin 3-cü hissəsi ilə ittiham olunur.
Hər iki təqsirləndirilən şəxs istintaqla əməkdaşlıq edərək cinayəti etiraf edib. Məhkəmənin hökmü ilə onlar dələduzluq yolu ilə alınmış torpaq sahələrindən dövlətin xeyrinə məhrum ediləcəklər.

Prokurorluq tərəfindən analoji cinayətləri törədən şəxslərin müəyyən edilərək ifşa olunması istiqamətində araşdırmalar davam etdirilir.

Bu günə kimi Şida Kartli və Mtsxeta Mtianeti regionunda dövlət mülkiyyətində olan torpaq sahələrini dələduzluq yolu ilə ələ keçirməyə görə 83 nəfər, o cümlədən 6 dövlət qulluqçusu məhkum edilib, 5 milyon 33 min lari dəyərində daşınmaz əmlak dövlətə qaytarılıb.
Bu barədə məlumatı Gürcüstan Prokurorluğunun mətbuat xidməti yayıb.

Mənbə: Birinci Kanal
Print ელ. ფოსტა
FaceBook Twitter Google