Azərbaycanda səfərdə olan Gürcüstanın təhsil və elm naziri Mixail
Çxenkeli Bakı Dövlət Universitetində (BDU) olub.
O, BDU-nun tələbələri və professor-müəllim heyəti ilə görüşüb.
Tədbirdə BDU-nun rektoru Elçin Babayev bildirib ki, dost ölkələr
olan Azərbaycan və Gürcüstan təhsil və elm sahəsində əməkdaşlığın
inkişaf etdirilməsində maraqlıdır: “Bu əməkdaşlıq həm bizim, həm də
gürcü həmkarlarımız üçün çox
faydalı ola bilər”.
Gürcüstanın təhsil naziri elmi-tədqiqat layihələrinin həyata
keçirilməsinin iki ölkənin planlarına daxil olduğunu deyib:
"Bu əməkdaşlıq bizim üçün çox vacibdir. Biz Tbilisi
Dövlət Universitetində Azərbaycan dilinin tədrisini təkmilləşdirmək
istəyirik. Bundan başqa, gələn il Heydər Əliyevin 100 illik
yubileyi münasibətilə Tbilisi Dövlət Universitetində onun adına
kitabxana və auditoriyanın açılması barədə razılığa gəldik. Bu
münasibətlə həmçinin Heydər Əliyevə və onun nailiyyətlərinə həsr
olunmuş elmi konfransın keçirilməsini
planlaşdırırıq”.