Prezidentin sözlərinə görə, o, Əliyevin Gürcüstana səfərindən xəbəri olmayıb
Gürcüstan prezidenti Salome Zurabişvili Azərbaycan prezidenti İlham Əliyevin Gürcüstana səfəri barədə ona məlumat verilmədiyini bildirib. Prezidentin sözlərinə görə, o, Əliyevin Gürcüstana səfərindən xəbəri olmayıb

Dünən, oktyabrın 24-də prezident administrasiyası bu barədə məlumat yayıb.

“Məsələnin vacibliyinə görə Gürcüstan Prezidentinin Administrasiyası ictimaiyyətin diqqətinə çatdırmağı məqsədəuyğun hesab edir ki, qonşu və dost ölkənin prezidenti cənab İlham Əliyevin Gürcüstana işgüzar səfəri barədə dövlət başçısına məlumat verilməyib.

Gürcüstan prezidentinin istəyinə və hazırlığına baxmayaraq, təəssüf ki, prezidentlər arasında ənənəvi olaraq bütün
dövlət başçılarının ölkəyə səfəri zamanı keçirilən görüş baş tuta bilmədi.

Gürcüstan Prezidenti bir daha Azərbaycan Respublikasının prezidentini yaxın vaxtlarda rəsmi səfərdə qəbul etməyə hazır olduğunu və arzusunu bildirir”,
- deyə Prezidentin Administrasiyasından bildirilib.

İlham Əliyev dünən Gürcüstana səfər edib və baş nazir İrakli Qaribaşvili ilə görüşüb.


Mənbə: Netgazeti
Print ელ. ფოსტა
FaceBook Twitter Google