“Sarpi” gömrük-keçid məntəqəsinə dərman vasitələrinin və qızıl məmulatlarının keçirilməsi faktları aşkarlanıb
Gürcüstan Maliyyə Nazirliyinin təhqiqat xidmətinin əməkdaşları Gəlirlər Xidmətinin Gömrük Departamentinin nümayəndələri ilə razılaşdıraraq Gürcüstanın gömrük sərhədindən külli miqdarda bəyan edilməmiş malların gömrük “Sarpi” keçid məntəqəsinə gətirilməsinə dair iki fakt aşkar ediblər. Məlumatı Maliyyə Nazirliyinin İstintaq Xidməti yayıb.

Agentlikdən verilən məlumata görə, araşdırma zamanı müəyyən edilib ki, bir halda Türkiyə Respublikasından Azərbaycan vətəndaşı gömrük nəzarətindən gizli şəkildə Gürcüstana
ümumi dəyəri 15 762 lari olan 12 ədəd dərman vasitəsini, digər halda isə Gürcüstan vətəndaşı respublikadan gizli yolla 56 min lari dəyərində qızıl-zinət əşyaları gətirib.

İş Gürcüstan Cinayət Məcəlləsinin 214-cü maddəsinin 1-ci və 2-ci hissələri ilə araşdırılır ki, bu da 5 ildən 7 ilədək azadlıqdan məhrumetməni nəzərdə tutur.

Mənbə: BPN
Print ელ. ფოსტა
FaceBook Twitter Google