Gürcüstan parlamentinin hakim "Gürcü Arzusu" partiyasından olan
deputatı İrakli Xaxubianın qəfil ölümü ilə bağlı detallar
açıqlanıb.
Deputatın ölümü ilə əlaqədar Gürcüstan Daxili İşlər Nazirliyi (DİN)
Cinayət Məcəlləsinin 115-ci (intihar həddinə çatdırma) maddəsi ilə
cinayət
işi başladıb.
Məlumata görə, deputatın meyiti bu gün səhər ailə üzvləri
tərəfindən tapılıb. Hadisə yerində, həmçinin odlu silah
aşkarlanıb.
Deputatın meyiti tibbi-ekspertizaya göndərilib və evi sarı lentlə
əhatəyə alınıb.
Mənbə: apa.az