İstintaq xidməti saxta ödəniş sənədlərinin hazırlanması və istifadə edilməsi, aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə faktlarına görə 1 nəfəri məsuliyyətə cəlb edib
Gürcüstan Maliyyə Nazirliyinin istintaq xidmətinin əməkdaşları həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri və istintaq-əməliyyat tədbirləri nəticəsində saxta vergi sənədlərinin hazırlanması və istifadə edilməsi, külli miqdarda əmlak ziyanının vurulması faktlarına görə 1 nəfəri məsuliyyətə cəlb ediblər.

İstintaq müəyyən edib ki, cavabdeh rəhbərlik etdiyi şirkətlər adından şirkətlər arasında həyata keçirildiyi iddia edilən malların tədarükü ilə bağlı saxta vergi sənədləri hazırlayıb və
bu yolla 65.516 lari dəyərində saxta ƏDV aktivi yaradılıb və sonradan istifadə edib.
O, cari vergi öhdəliklərindən yayınmaq məqsədilə şirkətin 168 min 851 lari dəyərində əmlakını saxta əqd yolu ilə idarə etdiyi başqa şirkətin adına yenidən rəsmiləşdirib.

İstintaq Gürcüstan Cinayət Məcəlləsinin 6 ildən 9 ilə qədər həbsi nəzərdə tutan 210, 180, 185 və 205 prima maddələri ilə aparılır.

Mənbə: Birinci Kanal
Print ელ. ფოსტა
FaceBook Twitter Google