Münasibətdə olduğu şəxslərin çılpaq fotolarını yaymaqla şantaj etdiklərinə görə 5 nəfəri saxladıq - İstintaq Xidməti
Xüsusi İstintaq Xidmətinin məlumatına görə, agentlik müxtəlif cinayət işləri üzrə şəxsi həyat sirrini pozan və qanunsuz olaraq şəxsi yazışmalar əldə edən 5 nəfəri saxlayıb.

“Aparılmış istintaq tədbirləri ilə müəyyən edilib ki, təqsirləndirilən şəxslər müxtəlif vaxtlarda münasibətlərində zərərçəkmişlərin çılpaq bədənlərinin fotolarını, videolarını, intim və şəxsi yazışmalarını saxlayıb, sosial şəbəkələrdə yerləşdiriblər, mobil telefonlar vasitəsilə zərərçəkmişin qohumlarına və dostlarına göndəriblər.
Bəzi hallarda isə qeyd olunan video və foto materialdan zərərçəkmişlərlə əlaqəni davam etdirmək üçün bundan şantaj vasitəsi kimi istifadə ediblər”,
- Xüsusi İstintaq Xidməti bildirir.

Xüsusi İstintaq Xidmətinin əldə etdiyi sübutlar əsasında Gürcüstan Prokurorluğu saxlanılan şəxsləri Gürcüstan Cinayət Məcəlləsinin 157 prima, 159-cu maddəsinin birinci və ikinci hissələri ilə nəzərdə tutulmuş cinayəti törətməkdə ittiham edib.

Qurumdan verilən məlumata görə, qeyd olunan hallar üzrə istintaq davam etdirilir.

“İctimaiyyətə xatırlatmaq istərdik ki, bu şəxslər 2022-ci il martın 1-dən etibarən Gürcüstan Cinayət Məcəlləsinin 157, 157 prima, 158 və 159-cu maddələrində nəzərdə tutulmuş cinayətlərə görə istintaqa cəlb ediliblər”,
- Xüsusi İstintaq Xidməti məlumat yayıb.

Mənbə: Publika

Print ელ. ფოსტა
FaceBook Twitter Google