Artıq bir neçə gündür ki, Parlamentdə deputatlar Xalq Müdafiəçisi
postuna
namizədləri dinləyir, insan haqları ilə bağlı müxtəlif məsələlərə
münasibətlərini öyrənməyə çalışırlar.
Namizədlərdən bəzilərinin milli, etnik və cinsi azlıqlar ilə bağlı
münasibətləri isə olduqca maraqlı
oldu. Bu gün "İcmal"da bu postun
önəmindən, namizədlərin təməl insan haqları məsələlərinə
münasibətlərindən danışacağıq.
Efirmizin qonaqları Gürcüstan parlamentinin üzvü Tariel Nakaidze,
mülkü fəal Tozu Gülməmmədli və Sosial Ədalət Mərkəzinin
tədqiqatçısı Kamran Mammadli olacaq.