Tsulaianı iki aylıq həbs cəzası gözləyir – amma o Gürcüstanda deyil
Tbilisi Şəhər Məhkəməsinin qərarına əsasən, siyasətçi Qoqi Tsulaianı iki aylıq həbs gözləyir. Bu barədə məlumatı “Netqazet”ə onun vəkili Valeri Qelbaxiani da təsdiqləyib.

Tsualaiaya 2 maddə üzrə ittiham irəli sürülüb, onlardan birində bəraət alıb, digərində isə təqsirli bilinib. Tsulaia cəmi 6 ay həbs cəzasına məhkum edilib, lakin o, artıq 4 ay həbsdə yatdığı üçün cəmi 2
ay həbs çəkməlidir.

Noyabrın 11-də Tbilisi şəhər məhkəməsi Tsulaiaya cinsi zorakılıq cinayətində bəraət qazandırıb və onu fiziki ağrıya səbəb olan zorakılıqda təqsirli bilib və 6 ay müddətinə azadlıqdan məhrum edilib.

Tsulaia 2021-ci ilin martında bir qadına qarşı zorakılıq ittihamı ilə saxlanılıb və 4 aylıq həbs-qətimkan tədbirindən sonra 6000 lari girov müqabilində sərbəst buraxılıb. Vəkilinin sözlərinə görə, o, hazırda Gürcüstanda deyil və başqa ölkədən sığınacaq istəməyi planlaşdırır.
Gürcüstanın Baş Prokurorluğu bu gün, noyabrın 14-də bildirib ki, agentlik sözügedən hökmdən Apellyasiya Məhkəməsinə şikayət etməyi planlaşdırır:

“Gürcüstan Prokurorluğu Tbilisi şəhər məhkəməsinin müttəhimə digər seksual xarakterli hərəkətlərə görə qismən bəraət qazandırdığı hökmlə razılaşmır və qərardan Apellyasiya Məhkəməsinə şikayət verəcək.

Daxili İşlər Nazirliyinin apardığı araşdırmaya görə, 2021-ci il martın 16-da Qoqi Tsulaia siyasi fəaliyyətinə əsaslanaraq danışıqlara kömək etmək üçün A.D.-dən Tbilisidə planlaşdırılan görüşdə onu müşayiət etməsini xahiş edib. Tbilisiyə gəldikdən sonra Tsulaia zərərçəkmişə kirayədə qalmağı təklif edib və orada spirtli içkinin təsiri altında olan Tsulaia zərərçəkənə qarşı zorakılıq yolu ilə cinsi hərəkətlər edib. Qeyd olunan zorakılıq nəticəsində zərərçəkmiş bədəninin müxtəlif nahiyələrindən xəsarətlər alıb”, -
deyə prokurorluğun məlumatında bildirilir.

Qoqi Tsulaia Cinayət Məcəlləsinin zorakılıqla törədilmiş cinsi xarakterli digər hərəkətə istinad edən 138-ci maddəsinin birinci hissəsi, habelə 126-cı maddənin birinci hissəsi ilə, yəni fiziki ağrıya səbəb olan zorakılığa görə ittiham edilib.

Mənbə: Netgazeti

Print ელ. ფოსტა
თეგები: həbs cəzası Tsulaia
FaceBook Twitter Google