Noyabrın 15-də Fransa Senatı Ermənistanı dəstəkləyən qətnamə qəbul
edib və Azərbaycana qarşı sanksiyaların tətbiqini təklif edib.
“Qətnamədə həmçinin:
- Azərbaycan silahlı qüvvələrinin Ermənistanın suveren ərazisindən
çıxarılmasını və Ermənistanın ərazi bütövlüyünə və suverenliyinə
hörmət edilməsini tələb edir;
- bütün erməni hərbi əsirləri azad etməyə və öz vətənlərinə
qaytarmağa çağırır;
- Fransa hökumətini avropalı tərəfdaşlarla əməkdaşlıq edərək
Azərbaycan hakimiyyətinin əmlakına qarşı diplomatik və iqtisadi
tədbirlər və sanksiyalar tətbiq etməyə, habelə Azərbaycandan qaz və
neft idxalına embarqo qoymağa dəvət edir;
- Dağlıq Qarabağ Respublikasının tanınmasının zəruriliyini təsdiq
edir və hökuməti Dağlıq Qarabağda humanitar ofis yaratmağa dəvət
edir;
- hökuməti Ermənistanın müdafiə qabiliyyətinin gücləndirilməsinə
dəstək imkanlarını nəzərdən keçirməyə dəvət edir”.
Mənbə: turan.az