Beynəlxalq tolerantlıq günü ilə əlaqədar Sosial Ədalət Mərkəzi
Gürcüstanda yaşayan etnik və dini azlıqların hüquqi vəziyyətinə
münasibət bildirib.
Bu istiqamətdə daha ədalətli, bərabər siyasətin aparılması üçün
Gürcüstan hakimiyyətini vaxtında addım atmağa çağırıb. Sosial
Ədalət Mərkəzinin veb-səhifəsində yayımlanmış məlumata görə, son
illərdə etnik və dini azlıqların hüquqi, sosial vəziyyəti yenə də
əsaslı siyasi dəyişikliklərə, islahatlara səbəb olmayıb.
“Azlıqların siyasi iştirakı 2020-ci ilin seçkilərindən
sonra ciddi şəkildə pisləşdi. Bu göstəricilərlər parlamentdə
azlıqların nümayəndəsi yalnız 6 deputatdır. Ötən ilin göstəriciləri
ilə müqayisədə bu ən aşağı göstəricidir. Etnik azlıqların siyasi
iştirakı etnik azlıq qruplarının sıx məskunlaşdığı bələdiyyələrdə
də aşağıdır. Dövlətin ali orqanları altında davamlı, demokratik və
inklüziv məsləhət mexanizmləri fəaliyyət göstərmir. Onlar
qeyri-dominant etnik qrupların qərar qəbuletmə prosesinə real təsir
göstərmək imkanı yarada bilər. Kvemo Kartli və Kaxeti regionlarında
azlıqların dilində xidmtə göstərmənin və yerli özünüidarə
səviyyəsində inzibati fəaliyyətin nəzərə alınması hələ də
problemdir. Azlıqların sıx məskunlaşdığı regionlarda klan və
qeyri-formal idarəetmə təcrübələri ən ağır vəziyyətdədir (xüsusilə
Cavaxetidə). Aydındır ki, institusional siyasət bu regionlara real
demokratizasiyanı buraxmır. Gürcüstan dövlətinin Avropa Şurası
Çərçivə Konvensiyası çərçivəsində azlıqların siyasi iştirakına
dəstək olmaq üçün müsbət ölçülər götürmək öhdəliyi var və bu
tövsiyə Avropa Şurasının üç silsilə qiymətləndirməsinə düşüb. Ancaq
bu çağırışa baxmayaraq, hakimiyyət hələ də azlqıların siyasi
iştirakını artırmaq üçün heç bir addım
atmayıb”.
Mərkəzin bəyanatında deyilir ki, etnik azlıqların dövlət
xidmətlərində işlə təmin edilməsi Gürcüstanda problem olara qalır.
Ermənidilli və azərbaycandilli icmalar üçün keyfiyyətli təhsilin
əlçatanlığı yenə problemlidir və bu həmin icmaların sosial təcridə,
yoxsulluğa qurban verir. Etnik azlıq icmalarında demək olar
məktəbəqədər təhsil müəssisələrinin əlçatanlığı 3 dəfə azdır. Ümumi
təhsilin keyfiyyəti və müəllimlərin kvalifikasiyası, dərsliklərin
standartı məsələsi yenə problemdir.
Sosial Ədalət Mərkəzinin bəyanatına tam şəkildə buradan baxa
bilərsiniz:
LİNKƏ DAXİL OLUN.