Marneuli meriyası “Evə - Avropaya Doğru” aksiyasının pozulmasında iştirak edən məmurların intizam məsuliyyətini müəyyən etməyib
Marneuli yerli özünüidarəsi meriya əməkdaşları tərəfindən 2 iyul hadisələri ilə əlaqədar intizam məsuliyyəti müəyyən etməyib. Mülki fəal Samirə Bayramova “Marneuli” radiosu ilə söhbəti zamanı bildirdi ki, meriyadan Marneuli bazar ərazisində keçirilən “Evə - Avropaya doğru” aksiyanı pozmağa cəhd edən məmurların intizam məsuliyyətini müəyyən etməyi tələb ediblər.

“Gürcüstan qanunvericiliyinə əsasən, dövlət məmurlarının konkret etika normalarını qorumaq öhdəliyi
verilir. Hər hansı dövlət məmuru ictimai xidmət prinsiplərini, neytrallığı qorumağa və ictimai xidmətin reputasiyasına təhlükə yaradacaq hərəkətlərdən çəkinməyə məcburdur. Eləcə də İctimai Müəssisələrdə Maraq Uyğunsuzluğu və Rüşvətxorluq Haqqında Gürcüstan Qanununun 13-cü maddəsinə uyğun olaraq da dövlət məmuru öz səlahiyyətini Gürcüstan qanunvericiliyi əsasında həyata keçirməlidir. Həmçinin, Gürcüstan Konstitusiyasının 17-ci maddəsi fikir və məlumatın yayımlanmasının məhdudlaşdırılması hüququnu yaxşı təsvir edir. Meriya əməkdaşları məhz buna cəhd göstərirdilər və buna görə biz dayanmağa məcbur olduq, məlumatlandırma məqsədi daşıyan planlaşdırdığımız tədbiri davam etdirə bilmədik. Bu adamların hərəkətləri onların intizam məsuliyyətinin müəyyən edilməsi üçün kifayət idi. Amma təəssüf olsun ki, meriyanın konkret xidməti, Müfəttişlik və Nizam-İntizam Xidməti pozuntunu müəyyən etmədi”.

Samirə Bayramovanın sözlərinə görə, bir halda ki, Marneuli meriyası əməkdaşların intizam pozuntusunu müəyyən etməyib, bu gün, 21 noyabr tarixində meriyanın qərarını məhkəməyə şikayət etməyi planlaşdırır.

“Bu gün artıq Bolnisi məhkəməsinə şikayət verdik. Bir halda ki, meriyanın xidməti əməkdaşlarının heç bir nizam-intizam qaydaları pozuntusu etmədiyini qeyd edib. Müvafiq olaraq biz bələdiyyəni məhkəməyə şikayət edirik. Bu halda qarşı tərəf Marneuli meriyasıdır. Əsas tələb isə həmin məmurların intizam məsuliyyətinin müəyyən edilməsidir. Çünki Marneuli meriyasının özü bunu etmədi”.

2 iyul tarixində, “Evə - Avropaya doğru” hərəkatı Marneuli bazar ərazisində əhali ilə görüşüb bukletlər paylayırdı. Mülki fəallar yerli sakinlərə Avropa İttifaqı dəyərləri və Gürcüstanın Avropa İttifaqına namizədlik statusu almasına görə atdığı addımlar barədə məlumat verirmişlər. Yerli özünüidarə nümayəndələri bu prosesdə fəallara mane olublar.

Rövşən İsgəndərov, Besik Qelenidze, Soso İnadze, Rima Otaraşvili, İrma Zarkua, Qela Mumladze, Kamran Kiryakov, Qiorqi Mtvarelidze, Aleksandre Urumovi, Kako Şubitidze, Həsən Həsənov, Şermadin Boçoidze, Mamuka Xarşiladze – bu Marneuli meriyasının və Bələdiyyə Məclisinin Marneulidə, 2 iyul tarixində Avropa İttifaqı barədə məlumatlandırma kampaniyasına mane olmaqda iştirak edən əməkdaşlarının natamam siyahısıdır.

Print ელ. ფოსტა
FaceBook Twitter Google