Təqsirləndirilən şəxs onunla birlikdə yaşayan qadını cinsi əlaqəyə məcbur edib - prokurorluq
Gürcüstan Prokurorluğu bir nəfəri ailə üzvünə qarşı zorakılıq və cinsi əlaqəyə məcbur etməkdə ittiham edib.
“Daxili İşlər Nazirliyi tərəfindən aparılan istintaq tədbirləri ilə müəyyən edilib ki, təqsirləndirilən şəxs onunla birlikdə yaşayan xarici ölkə vətəndaşına qarşı cinsi ayrı-seçkilik zəminində zorakılıq tətbiq edib, onunla cinsi əlaqədə olmağa məcbur edib.

Hüquq-mühafizə orqanlarının əməkdaşları təqsirləndirilən şəxsi noyabrın 21-də həbs
edərək, ona qarşı cinsi zorakılıq, zorakılıq və ailə üzvünə qarşı psixoloji təzyiq göstərmə faktları üzrə ittiham irəli sürüblər ki, bu da 5 ilədək azadlıqdan məhrumetmə ilə cəzalandırılır”.


Artıq prokurorluq təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsi ilə bağlı vəsatətlə məhkəməyə müraciət edib.

Mənbə: Publika

Print ელ. ფოსტა
თეგები: Gürcüstan Prokurorluğu
FaceBook Twitter Google