Rahibəni zorlamaqda ittiham olunanları 15 ildən 20 ilədək və ya ömürlük həbs cəzası gözləyir
Gürcüstan Prokurorluğu rahibənin qarətindən və zorlanmasından sonra həbs edilən şəxslərə qarşı rəsmən ittiham irəli sürüb.

Hüquq-mühafizə orqanlarının əməkdaşları təqsirləndirilən şəxsləri noyabrın 26-da saxlayıblar. Onlar Gürcüstan Cinayət Məcəlləsinin 137-ci maddəsinin 3-cü hissəsinin “c” bəndi və 4-cü hissəsinin “a” bəndi və 179-cu maddə ilə ittiham olunurlar ki, bunlar da on beş ildən iyirmi ilədək müddətə azadlıqdan məhrum
etməni və ya ömürlük həbs cəzasını nəzərdə tutur.

Prokurorluqdan verilən məlumata görə, Daxili İşlər Nazirliyi tərəfindən aparılan araşdırmalarla müəyyən edilib ki, noyabrın 25-də Xaşuri bələdiyyəsinin Nzimuxa kəndində yerləşən kilsənin yaşayış kamerasında iki nəfər rahibəyə basqın edərək ondan pul və qızıl-zinət əşyaları tələb ediblər. Rədd cavabını aldıqdan sonra adıçəkilən şəxslər ona fiziki təzyiq göstərərək, zorakılıqla qrup halında zorlayıblar. Həmçinin, rahibənin mobil telefonunu götürülərək yenidən döyərək huşsuz vəziyyətdə buraxıblar. Təqsirləndirilən şəxslər içərisinə pulların qoyulduöu olduğu ianə qutularını kilsədən götürərək hadisə yerindən gizləniblər.

Təqsirləndirilən şəxslər 1995-ci il təvəllüdlü L.T. və 1983-cü il təvəllüdlü V.Q-dır.

Prokurorluq bildirir ki, bu cür cinayətlərə görə qurum ən sərt cinayət-hüquq siyasəti aparır və bütün zorakılıq törədənlər qanun çərçivəsində ciddi şəkildə cəzalandırılacaqlar.

Mənbə: Netgazeti

Print ელ. ფოსტა
თეგები: Gürcüstan Prokurorluğu Rahibə
FaceBook Twitter Google