Almaniya klubunda çıxış edən Rəşad Orucov növbəti qələbəsini qazanıb (VİDEO)
16:36 / 28.11.2022
Gürcüstan milli yığmasının üzvü, Almaniyanın “SVG
Nieder-Liebersbach” klubunda çıxış edən Rəşad Orucov növbəti
qələbəsini qazanıb.
O, bu günə qədər Almaniya klubunda 7 görüş keçirib. Rəşad bunadək
keçirdiyi bütün görüşləri qələbə ilə başa vurub. Yarış 27 noyabr
tarixində keçirilib və “Regionalliga Baden-Württemberg” liqası
çərçivəsində baş tutub. Əslən Dmanisi rayonunun Yuxarı Qarabulaq
kəndindən olan Rəşad Orucov Almaniya klubu ilə ümumilikdə 10 yarış
üçün müqavilə imzalayıb.