Marneulidə təmir işləri ilə əlaqədar olaraq təbii qazın verilməsi dayandırılacaq
“SOCAR Georgia Gas” şirkətindən verilən məlumata görə, baş vermiş qəzanın nəticələrinin aradan qaldırılması üçün aparılan təmir işləri ilə əlaqədar olaraq təbii qazın verilməsi dayandırılacaq. Təmir işləri başa çatdıqdan sonra təbii qazın verilməsi mərhələli şəkildə bərpa olunacaq.

"Nəzərinizə çatdırırıq ki, qaz kəmərində baş vermiş qəza ilə əlaqədar qazın verilməsində fasilələr yaranıb. Təmir işləri tamamlandıqdan sonra bu gün,
dekabrın 9-u saat 17:30-dan etibarən qazın verilməsinə mərhələli şəkildə başlanılacaq. Günün sonuna qədər qazın verilməsi tam bərpa olunacaq”,
– qurumun göndərdiyi SMS-də qeyd olunub.

Həmçinin SMS-də təhlükəsizlik tədbirlərinin görülməsi ilə əlaqədar olaraq qaz şəbəkəsinə qoşulmuş bütün cihazların və qurğuların söndürülməsi ilə bağlı xəbərdarlıq da edilib.

Print ელ. ფოსტა
FaceBook Twitter Google