Meriya Bələdiyyə Məclisinin sədri və Bələdiyyə Məclisinin digər
üzvlərinin qonaqları üçün şirniyyat alıb.
Yerli özünüidarə məhsulları sadələşdirilmiş müqavilə əsasında “Kral
– XXI” MMC-dən alıb və bunun üçün 678 lari 62 tetri ödəyib. 32 növ
məhsuldan əksəriyyəti şirniyyatdır.
“Bildiyiniz kimi, Marneuli Bələdiyyə Məclisinin
sədrinin 2022-ci ilin 09 dekabr tarixinə olan sərəncamı əsasında
Bələdiyyə Məclisinin sədri və Bələdiyyə Məclisinin digər üzvlərinin
qonaqları üçün “Kral – XXI” MMC-dən müxtəlif növ şirniyyatlar
alınıb. Xahiş edirik qeyd olunan izahatnaməni meriyaya göndərəsiniz
ki, ayrılmış pul köçürülsün”, – sadələşdirilmiş
alqı-satqı tenderində yazılıb.
Tenderdə Marneuli Bələdiyyə Məclisi Aparatının Maddi-Texniki və
Kompüter Təminatı Şöbəsinin rəhbəri pulun ayrılması üçün meriyaya
müraciət edib.
Alınmış məhsullar arasında müxtəlif növ konfetlər, kruasanlar,
peçenyelər, bir neçə növ qəhvə və çay var.