Marneuli meriyası Mağalaşvili körpüsünün bərpası üçün 1 893 840 lari dəyərində tender elan edib
Marneuli yerli özünüidarəsi Marneuli şəhərində, Rustaveli küçəsində yerləşən Durmuşxan Mağalaşvili adına körpünün bərpa işləri ilə bağlı tender elan edib.

Körpünün bərpası layihəsinə əsasən, körpünün və körpü altındakı infrastrukturun qaydaya salınması planlaşdırılır.

“2011-ci ildə Marneuli meriyası tərəfindən tender vasitəsi ilə estakadada bərpa işləri həyata keçirilib. Ancaq qeyd olunan bərpa işləri zamanı yalnız piyada cığırlarının, məhəccərlərin və küçə
işıqlarının quraşdırılma işləri aparılıb. Həmin bərpa işləri çərçivəsində estakadanın hərəkət hissəsində, deformasiya tikişləri və hidroizolyasiya tənzimləmə işləri həyata keçirilməyib. Bundan əlavə sonrakı illər ərzində estakadada hərəkət hissəsi dəfələrlə təmir işləri aparılıb. Bu isə estakadanın onsuz da ağır olan hərəkət hissəsinin bugünkü vəziyyətini daha da ağırlaşdırdı. Bundan əlavə, estakadada ikiqat şüşə içlikli nikel örtüklü metal məhəccərlər quraşdırılıb. Bunun istismarı kifayət qədər yüksək dəyərlidir və estakadanın altında piyadalar üçün təhlükəlidir. Çünki estakadada hərəkət edən nəqliyyat vasitələri tərəfindən yaradılan titrəyişə görə şüşələr dəfələrlə sınıb”

Layihədə körpü altındakı yolun genişləndirilməsi nəzərdə tutulub. Bir tərəfdən piyadalar üçün səki olacaq. Eləcə də dəmiryolu keçidində piyadalar üçün xüsusi daşlar quraşdırılacaq.

Marneuli meriyası Mağalaşvili adına körpünün bərpasını 1 893 840 lariyə planlaşdırır.

Layihə təklifinə görə, tenderdə qalib gələcək şirkət müqavilə bağlandıqdan 5 ay ərzində işləri həyata keçirməlidir. Layihə təklifində qeyd olunub ki, körpünün bərpa işləri mərhələli şəkildə olacaq. Bu halda işlər həyata keçirilən zaman körpüdən istifadə etmək mümkün olacaq.

Print ელ. ფოსტა
FaceBook Twitter Google