Daxili İşlər Nazirliyi 2022-ci ilin ilk 9 ayına olan
göstəricilərinə görə, bu zaman ərzində baş vermiş 4 060
yol-nəqliyyat hadisəsi ilə bağlı
Gürcüstan Cinayət Məcəlləsinin 276-cı maddəsi ilə istintaqa
başlayıb.
DİN tərəfindən yayımlanmış statistik göstəricilər 2022-ci ilin ilk
3 rübünü əhatə edir. Statistikaya görə, yol-nəqliyyat hadisələri
nəticəsində ötən ilin ilk 9 ayında Gürcüstan miqyasında 326 nəfər
dünyasını
dəyişib, 5 704 nəfər isə xəsarət alıb.
Kvemo Kartli miqyasında 287 yol-nəqliyyat hadisəsi ilə bağlı
istintaqa başlanılıb. Ötən ilin ilk 9 ayı ərzində Kvemo Kartlidə
yol-nəqliyyat hadisəsi nəticəsində 27 nəfər dünyasını dəyişib, 428
nəfər isə xəsarət alıb.