Marneuli bələdiyyəsində iki uşaq bağçası və beş məktəbəqədər
hazırlıq mərkəzi odun sobası ilə isidilir.
Marneuli Uşaq Bağçaları Birliyi 10 ton briket almaq üçün 14 000
lari dəyərində tender elan edib. Yanacaq materialının əksəriyyəti
Xixani və Şaumyani uşaq bağçalarına bölünəcək. Birliyin rəhbəri
Zaur Kərəmovun “Marneuli” radiosuna verdiyi məlumata görə,
briketləri Dəmyə, Ağməmmədli, Keşəli, Dəmyə-Görarxı və
Kirəç-Muğanlıda fəaliyyət göstərən
hazırlıq mərkəzləri üçün
alacaqlar:
- Şaumyani uşaq bağçası – 3 ton
- Xixani uşaq bağçası – 3 ton
- Dəmyə məktəbəqədər hazırlıq mərkəzi – 800
kq
- Ağməmmədli məktəbəqədər hazırlıq mərkəzi – 800
kq
- Keşəli məktəbəqədər hazırlıq mərkəzi – 800
kq
- Kirəç-Muğanlı məktəbəqədər hazırlıq mərkəzi – 800
kq
- Dəmyə-Görarxı məktəbəqədər hzırlıq mərkəzi – 800
kq
Tenderə əsasən, meşə və ya kəsilmiş ağac tullantılarından
hazırlanmış, preslənmiş bioloji yanacaq yüksək istilik verməsi ilə
seçilməlidir, su keçirməyən polietilenlə qablşadırılmış olmalıdır,
təqdim olunacaq briket yaş və nəmli olmamalıdır.
10 ton odun materialı briket yanacağının alınması ilə bağlı
tenderdə iştirak etmək istəyən namizədlər 23-25 yanvar tarixlərində
təkliflərini təqdim edə bilələr. Qalib şirkət müqavilə bağlandıqdan
15 gün ərzində briketləri bağçalara təhvil verməli olacaq.