Levan Xabeişvili “Vahid Milli Hərəkat”ın sədri seçilib.
Səsvermənin nəticələri bir neçə dəqiqə əvvəl açıqlanıb.
O, səslərin 52,58 faizini toplayıb.
“Vahid Milli
Hərəkat”ın sədrliyinə seçkilərdə 4 namizəd iştirak
edib: Nika Melia, Levan Xabeişvili, Qiorqi Mumladze və Nona
Mamulaşvili. Səsvermə prosesi yanvarın 28-də səhər saat 10:00-da
başlayıb və yanvarın 30-da saat 10:00-da başa çatıb.