Marneuli meriyası Şulaveridə 125 000 lariyə bayraq ucaltmağı planlaşdırır
Marneuli bələdiyyəsinin yerli özünüidarəetmə orqanı Şulaveri kəndində Gürcüstan bayrağını ucaltmağı planlaşdırır. Marneuli meriyası bayrağın ucaldılması üçün 125 000 lari dəyərində tender elan edib.

Marneuli meriyasının ictimaiyyətlə əlaqələr şöbəsindən “Marneuli” radiosuna bildirilib ki, xüsusi komissiya bayrağın qoyulduğu yeri araşdırıb və müəyyən edib ki, bayrağın qaldırılmalı olduğu yer görünən yerlərdən biridir. Bayraq Şulaveri kəndində yeni tikilmiş kilsənin yanında qaldırılacaq və o, həm Ermənistandan, həm də Azərbaycandan gələn nəqliyyat vasitələrinə görünəcək.

Tender sənədlərinə əsasən, bayraq dirəyinin hündürlüyü 50 metr olacaq.

Marneuli meriyası martın 29-da Şulaveri kəndində bayrağın qaldırılması üçün tender elan edib. Tenderdə iştirak etmək istəyən şirkətlər aprelin 14-dən 19-dək olan müddətdə tender təkliflərini təqdim edə biləcəklər.


Foto: Marneuli və Hücabi Yeparxiyasının Facebook səhifəsindən
Print ელ. ფოსტა
FaceBook Twitter Google