Marneulili cüdoçular beynəlxalq turnirdə 2 qızıl, 4 gümüş medal qazanıblar
13-14 may tarixlərində Mestia şəhərində Leri Nakaninin xatirəsinə həsr olunmuş cüdo üzrə beynəlxalq turnir keçirilib. Turnirdə Marneuli idmançıları da iştirak ediblər.

Marneuli İdman Məktəbinin məluatına görə, onların idmançıları 2 qızıl və 4 bürünc medal qazanıblar. Beka Çkadua və Mikayıl Qocayev birinci yerə çıxıblar. Luka Qulbani, Qiqi Kvitsiani, Akşin Əbdürrəhmanov və Demetre Mumladze isə üçüncü yeri qazanıblar.

"Marneuli İdman Məktəbi idmançıları qazandıqları uğurlar münasibətilə təbrik edir", – məlumatda deyilir.

Turnir 2011-2012-ci il təvəllüdlü cüdoçular arasında keçirilib.

Print ელ. ფოსტა
თეგები: Cüdo İdman Marneuli Yarış
FaceBook Twitter Google