İrakli Kobaxidze müxalifət haqqında - bu zibil adamlar mənə “Putinist” desinlər, mən də cavab verməyim?
“Bu əsl zibil adamlar mənə “Putinist” desinlər, mən də cavab verməyim?” - Bu barədə jurnalistlərə “Gürcü arzusu”nun sədri İrakli Kobaxidze deyib. Onun sözlərinə görə, ölkədə dinc mühitin olması müxalifətin yox, iqtidarın marağındadır.

Ölkədə dinc mühitin olması istənilən hökumətin subyektiv marağıdır. İstənilən seçilmiş hakimiyyət ölkəni 4 il sülh yolu ilə idarə etməkdə maraqlıdır. Bu bizim subyektiv marağımızdır.
Bu sülhə imkan verməmək kimin marağındadır? Bu, təbii ki, seçki günündən radikallığı qızışdıran müxalifətdir, radikal müxalifətdir. Onların marağıdır, subyektiv olaraq bizim də marağımız bu ölkəni sülh yolu ilə idarə etməkdir. Bəzi həqiqətən zibil adamlar çıxıb sənə gah rus, gah da “Putinist”, gah korrupsioner deyirlər. Korrupsionerlərin özləri və 20%-ni Rusiya Federasiyasına verənlərdir. Bu insanlara, bu biabırçı bəyanatlara cavab lazımdır. Bu əsl zibil adamlar mənə “Putinist” desinlər, mən də cavab verməyim? Konkret bir səfir bu insanlara fiziki və şifahi zorakılığın vətəndaş fəallığı olduğunu söylədi”
, - İrakli Kobaxidze bildirib.


Print ელ. ფოსტა
FaceBook Twitter Google