Milli Ətraf Mühit Agentliyi - sentyabrın 6-dan sentyabrın 9-dək Gürcüstanda qısamüddətli yağış yağacağı, şimşək çaxacağı, Gürcüstanın şərqində bəzi yerlərdə dolu düşəcəyi gözlənilir
Milli Ətraf Mühit Agentliyinin məlumatına görə, sentyabrın 6-dan sentyabrın 9-dək Gürcüstanda qısamüddətli yağış yağacağı, şimşək çaxacağı, Gürcüstanın şərqində bəzi yerlərdə dolu düşəcəyi ehtimalı var.

Onların məlumatına görə, düzənlikdə və aranda havanın temperaturunun +25, +30 dərəcə isti olacağı gözlənilir.

“Sentyabrın 6-dan Tbilisidə şimşək çaxacaq qısamüddətli yağış yağacağı ehtimalı var. Havanın temperaturu gündüz +28, +30 dərəcə təşkil edəcək.

Sahil rayonlarında (Batumi, Kobuleti, Poti): sentyabrın 7-8-də qısamüddətli yağış yağacağı, şimşək çaxacağı gözlənilir. Gün ərzində havanın temperaturu +27, +29 dərəcə təşkil edəcək.

Qərbi Gürcüstanın dağlıq rayonlarında (Ambrolauri, Oni, Tsaqeri, Şovi, Çiatura, Saçxere, Xulo) qısamüddətli yağış yağacağı, şimşək çaxacağı gözlənilir. Gün ərzində havanın temperaturu +25, +27 dərəcə təşkil edəcək.

Qərbi Gürcüstanın dağlıq rayonlarında (Mestia, Baxmaro): arabir qısamüddətli yağış yağacaq, şimşək çaxacaq. Havanın temperaturu gündüz +19, +21 dərəcə təşkil edəcək.
Kaxetidə (Saqareco, Telavi, Qurcaani, Siğnaği, Laqodexi, Kvareli, Axmeta, Dedoplistskaro) qısamüddətli yağış yağacağı, şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var. Gün ərzində havanın temperaturu +28, +30 dərəcə təşkil edəcək.

Şərqi Gürcüstanın dağlıq rayonlarında (Axaltsixe, Borjomi, Duşeti, Tianeti, Pasanauri): şimşək çaxacaq, qısamüddətli yağış yağacaq. Gün ərzində havanın temperaturu +25, +27 dərəcə təşkil edəcək.

Şərqi Gürcüstanın dağlıq rayonlarında (Axalkalaki, Tsalka, Bakuriani, Qudauri, Omalo) qısamüddətli yağış yağacağı, şimşək çaxacağı gözlənilir. Gün ərzində havanın temperaturu +18, +20 dərəcə təşkil edəcək”,
- deyə yayılan məlumatda bildirilir.

Print ელ. ფოსტა
FaceBook Twitter Google