Strasburq məhkəməsi Nika Meliaya qarşı qanun pozuntusu aşkar etməyib

Strasburqun insan haqları məhkəməsi “Milli Hərəkat”ın keçmiş sədri Nika Melianın

işində ona qarşı qanun pozuntusu aşkar etməyib. Qərar bu gün, sentyabrın 7-də dərc olunub.
Şikayət 20 iyun 2019-cu il tarixində Qavrilovun gecə işində Nika Meliyanın həbsinə aid idi. Siyasətçi hesab edib ki, ona qarşı Avropa İnsan Haqları Konvensiyasının iki maddəsi pozulub:

• Maddə 5 -
azadlıq və təhlükəsizlik hüququ;
• Maddə 18 - hüquqların məhdudlaşdırılmasının tətbiq dairəsi.
Bu hissələrin heç birində pozuntu aşkar edilməyib.

Nika Melia 20-21 iyun 2019-cu il tarixlərində Parlament yaxınlığında keçirilən işğala qarşı etiraz aksiyası zamanı parlament binasına soxulmağa cəhddə, qrup zorakılığına rəhbərlik və iştirak etməyə görə ittiham olunub.

Prokurorluğun müraciətindən sonra hakim Nika Melia barəsində həbs-qətimkan tədbiri kimi elektron monitorinq və həmin vaxt ödədiyi 30 000 lari girov təyin edib. 1 noyabr 2020-ci ildə Nika Melia Parlament qarşısında etiraz aksiyasında elektron monitorinq qolbağını açıq şəkildə çıxarmışdı.
Bu səbəbdən prokurorluq girovun məbləğinin 100 min lariyə qədər artırılması üçün məhkəməyə müraciət edib. Tbilisi Şəhər Məhkəməsinin 3 noyabr 2020-ci il tarixli qərarına əsasən, girov məbləği 40 min lari artırılıb və Melia üçün ödəniş müddəti 50 gün təyin edilib. Nika Melia girov ödəməkdən imtina edib. Məhkəmə fevralın 17-də onun girovunu həbs-qətimkan tədbirinə dəyişdirib.

2021-ci il fevralın 23-də səhər saatlarında polis qüvvələri “Milli Hərəkat”ın baş ofisində keçirdiyi xüsusi əməliyyat nəticəsində Melianı həbs edib. “Milli Hərəkat” sədrinin həbsi Gürcüstanda siyasi böhranı daha da dərinləşdirib. Bir neçə həftəlik danışıqlardan sonra razılaşma sənədi hazırlanıb və ona əsasən “Amnistiya qanunu” qəbul edilib.

Qanunun qəbuluna qədər Avropa Birliyi Meliaa nisbi girov haqqı ödəyib - 40 min lari. Siyasətçi 2021-ci il mayın 10-da həbsdən çıxıb.

 


 

Print ელ. ფოსტა
FaceBook Twitter Google