Tariel Nakaidze Parlamenti məhkəməyə verib
Parlamentin üzvü Tariel Nakaidze Tbilisi Şəhər Məhkəməsinə şikayətlə müraciət edib. Məsələ Parlament tərəfindən Tariel Nakaidze üçün mühüm olan dini bayram, Qurban bayramında Parlamentə getməməsinin üzrlü səbəb hesab olunmaması ilə bağlıdır.

Parlamentin üzvü Tariel Nakaidzenin maraqlarını Tolerantlıq və Rəngarənglik İnstitutu (TDİ), İlia Dövlət Universitetinin Hüquq Məktəbinin İnsan Hüquqları Klinikası müdafiə edir.
Tariel Nakaidzenin hüquqlarını müdafiə edənlərin fikrincə
Parlament Tariel Nakaidzenin maraqlarını nəzərə almayıb:

“Belə halda Parlament fərdi olaraq Tariel Nakaidzenin dini və etiqad azadlığından yararlanmasının mühüm marağını qiymətləndirməli və insan hüquqlarının müdafiəsinin xeyrinə qərar qəbul etməli idi”, – TDİ-ın məlumatında qeyd olunur.

Məlumatda qeyd olunub ki, Parlament din azadlığı kimi mühüm marağı nəzərə almayıb və Parlament reqlamentinin formal tələbinin qorunmasına üstünlük verib. Reqlament isə öz növbəsində dini azlıqlara mənsub olan Parlament üzvlərinin vacib dini bayramlarını qeyd etmək üçün heç bir istirahət gününün olmadığını nəzərə almır:

“Tariel Nakaidzenin şikayətində Parlament tərəfindən ona qarşı dini və etiqadına görə ayrı-seçkilik faktının təsdiqlənməsi, ziyanın qarşılanması tələb olunur. Ümid edirik ki, Tbilisi Şəhər Məhkəməsi Tariel Nakaidzenin şikayətini təmin edəcək. Bu Gürcüstanda din və etiqad azadlığı, bərabərliyi təmin etmək, eləcə də dini bayramların qeyd olunması üçün istirahət günlərindən yararlanmaq imkanı baxımından da mühüm qərar olacaq”, – məlumatda oxuyuruq.

Gürcüstan Parlamentinin üzvü Tariel Nakaidzenin Qurban bayramında Parlamentin iclaslarında iştirak etmədiyinə görə əməkhaqqından 500 lari kəsiblər.

Bu onun əməkhaqqının 10%-dir. Nakaidze deyir ki, bir gün əvvəl Parlamentdə ictimai şəkildə onun mədəniyyəti üçün mühüm gündə iclasda iştirak etməyəcəyini bildirsə də, vəziyyəti nəzərə almayıblar, yenə də cərimə yazıblar. Parlamentin üzvü etnik azlıqlara qarşı qeyri-bərabər və diskriminativ yanaşmalardan söhbət açıb.


“27 iyun tarixində Parlamentin plenar iclası baş tutanda mən bildirdim ki, 28 iyunda sessiyada olmayacağam. Çünki bu tarixdə müsəlmanların bayramı – Qurban bayramı idi. Orada bildirdim ki, bu ölkədə bir dəfəlik dini azlıqların öz bayramlarını qeyd etmək hüququ olmalıdır və həmin günlər istirahət günü elan edilsin. Bu bir növ aksiya idi. Düzünü desəm, ümid edirdim ki, bunu nəzərə alacaqlar və üzrlü səbəb hesab edəcəklər. Amma elektron poçt ünvanıma gələn cavabda qeyd olunmuşdu ki, konkret olaraq üzrlü səbəb hesab olunmur və ona görə də nəzərə almadıqları ilə bağlı əsasım var. Bu mənim üçün sadəcə mühümdür və yeganə aydın nümunədir ki, məsələn, bir dominant dinin bir neçə bayram günü varsa, bu niyə problem olmalıdır. Heç bir dini azlıqların bu şəraiti yoxdur. Bu ümumi qanunla diskriminativ yanaşmadır. Bu düzgün deyil, hansısa din ən az bir mühüm bayram günündən istifadə edirsə, başqa dini azlıqlar da istifadə etməlidirlər”, – Parlament üzvü bildirib.

Print ელ. ფოსტა
FaceBook Twitter Google