Media təşkilatı Qvemoqartli.ge Marneuli meriyası ilə ictimai
məlumatın verilməsi ilə əlaqədar məhkəməni udub.
Kvemo Kartli mediası tərəfindən yayımlanmış məlumata görə, təşkilat
meriyadan daxili audit nəticələrini istəyib və Marneuli meriyası
qeyd olunan məlumatı verməyib.
Məhkəmədə Kvemo Kartli mediyasının maraqlarını “Gənc Hüquqşünasla
Assosiasiyası” müdafiə edirmiş.
“Bu məsələnin müzakirə olunduğu Bolnisi Rayon Məhkəməsi
regional medianın tələbini tam təmin edib. Hakim Nino Qiorqadze
idi.
Hazırda Marneuli meriyasının qərarı sonrakı instansiyaya şikayət
edib etməyəcəyi məlum deyil.
Qvemoqartli.ge özünüidarədən audit hesabatlarını/nəticələri
gözləyir”, – media təşkilatının məlumatında qeyd
olunub.
Təşkilat Marneuli meriyasının daxili audit xidməti, 2022-ci ildə
hazırlanmış nəticələr/hesabatlar və tövsiyələr haqqında ictimai
məlumat verilməsini tələb edir.
Cavabsız qoyulan məktublardan sonra “Kvemo Kartli Mediyası -
Qvemoqartli.ge” Marneuli meriyasına inzibati iddia ilə müraciət
edib. Yalnız bundan sonra təşkilat Marneuli meriyasından cavab
alıb.
Marneuli meri Kənan Ömərovun imzaladığı cavab məktubunda oxuyuruq
ki, meriya daxili audit yoxlaması hesabatlarını ictimailəşdirməmək
səlahiyyətinə malikdir.
Marneuli meri QvemoQartli.ge-yə daxili audit
hesabatlarının ictimailəşdirilməsi ilə bağlı rədd cavabı
verib