Bolnisdə yol kənarında tərəvəz satan iki azyaşlını maşın vurub, onlar hadisə yerindəcə keçiniblər
Bolnisinin Balaxauri kəndində yol kənarında tərəvəz satan iki azyaşlını həddindən artıq sürətlə hərəkət edən avtomobil vurub.

Hadisə şahidlərinin sözlərinə görə, azyaşlılar yerindəcə keçiniblər. Hüquq-mühafizə orqanlarının əməkdaşları sürücünü hadisə yerində saxlayıblar.

Qəza nəticəsində avtomobildə olan daha 3 nəfərin xəsarət aldığı məlum olub.

Patrul polisi və təcili tibbi yardım hadisə yerinə səfərbər edilib.

Məmbə: Mtavari Arxi
Print ელ. ფოსტა
FaceBook Twitter Google