Türkiyədə qızıl mədənində torpaq sürüşməsi baş verib - 9 nəfəri axtarırlar

Türkiyənin cənub bölgəsində torpaq sürüşməsi baş verib. Düşmüş torpaq kütləsi 9 nəfərin olduğu qızıl mədənini əzib.


Türkiyənin Daxili İşlər nazirinin sözlərinə görə, mədənçilərlə əlaqə yaratmaq mümkün deyil. Türkiyənin Daxili İşlər nazirinin mətbuata verdiyi məlumata görə, sürüşmə qızıl hasilatı zamanı mədəndən çıxarılan torpağı da hərəkətə gətirib.

Onun sözlərinə görə, hadisə yerində 400 xilasedici işləyir, yaxınlıqdakı rayonlardan
hadisə yerinə ilkin tibbi yardım əməkdaşları gətirilib.

Geoloqlar ehtiyat edirlər ki, tərkibində sianid olan torpaq kütləsi Fərat çayına daxil ola bilər və bu, yerli biomüxtəlifliyə təhlükə yaradacaq. Bununla bağlı Türkiyənin ətraf mühitin mühafizəsi naziri bildirib ki, suyun çirklənməsinin qarşısını almaq üçün fəlakət zonasından çaya axan qol bağlanıb.

Sürüşmə altında qalan mədən 2020-ci ildə Fərat çayına sianid sızması səbəbindən bağlanmışdı. Adı çəkilən çay Türkiyədən keçərək Suriya və İraqa axır. Təmizləmə başa çatdıqdan sonra mədən 2022-ci ildə yenidən açılmışdı və qızıl hasilatı şirkəti cərimələnmişdi.

ABC News yazır ki, Türkiyənin mədənlərinin təhlükəsizlik dərəcəsi aşağıdır. Xüsusilə, 2022-ci ildə kömür mədənində baş verən partlayışda 41 şaxtaçı həlak olub. Mədənlə bağlı Türkiyədə ən böyük faciə 2014-cü ildə baş verib, o zaman 301 nəfər ölüb.

Mənbə: Netgazeti

 

Print ელ. ფოსტა
თეგები: Torpaq Sürüşməsi Türkiyə
FaceBook Twitter Google