POG: 1 fiziki və 3 hüquqi şəxs 2 milyon ABŞ dollarına qədər çirkli pulların yuyulmasında iştirak edib

Gürcüstan Prokurorluğunun məlumatına görə, Tbilisi şəhər məhkəməsi xüsusilə külli miqdarda qanunsuz gəlirin leqallaşdırılması işi üzrə bir fiziki və üç hüquqi şəxsi təqsirli bilib.


Onların sözlərinə görə, məhkəmə araşdırması zamanı tədqiq edilən dəlillər sübut edib ki, ABŞ-da qeydiyyatda olan müəssisənin sahibi və onunla cinayət əlaqəsi olan şəxslər tanınmış şirkətlərin səhmlərini almaq şərti ilə yüksək nüfuzlu hüquqi şəxsin
adı vasitəsilə Honq-Konqda fəaliyyət göstərən müəssisənin direktoru ilə əlaqə saxlayıblar və 13 milyon ABŞ dolları məbləğində xarici bank hesablarına dələduzluq yolu ilə pul daxil olub.

“Cinayətkar qruplaşmanın üzvləri qanunsuz əldə etdikləri vəsaitləri bölərək dünyanın müxtəlif ölkələrinə keçiriblər. Onlar arasında, Gürcüstandakı məhkumun, ona məxsus 3 müəssisənin və onunla əlaqəsi olan fiziki şəxslərin bank hesablarına qondarma məqsədlərlə və saxta sənədlərlə təxminən 2 milyon ABŞ dolları köçürülüb.
Bu hərəkətlə cinayətkar qruplaşma üzvləri təqribən 2 milyon ABŞ dolları məbləğində vəsaiti yuyublar”,
- agentliyin açıqlamasında bildirilir.

Onların məlumatına görə, Tbilisi Şəhər Məhkəməsi prokurorluğun təqdim etdiyi sübutları tam qəbul edərək qanunsuz gəlirlərinin leqallaşdırılması işi üzrə təqsirləndirilən şəxsi 10 il müddətinə azadlıqdan məhrum edib, hüquqi şəxslər isə sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq hüququndan ömürlük məhrum edilib və hər biri 100.000 lari məbləğində cərimələnib. 

Qurumun açıqlamasında bildirilir ki, məhkumların bank hesablarından götürülmüş 2 000 000 lariyə qədər məbləğdə pul, habelə cinayət yolu ilə əldə edilmiş gəlirlə alınmış, dəyəri 1 milyon laridən artıq olan ev dövlətin xeyrinə müsadirə edilib.

 

Mənbə: Publika

 

 

Print ელ. ფოსტა
FaceBook Twitter Google