“Gürcü arzusu”nun üzvü Nino Tsilosani parlamentin vitse-spikeri
seçilib.
Tsilosani bu vəzifədə müdafiə naziri təyin edilən İrakli Çikovanini
əvəz edib.
Nino Tsilosani indiyədək parlamentin Aqrar məsələlər komitəsinin
sədri olub. Tsilosani həmçinin Gender Bərabərliyi üzrə
Daimi
Parlament Şurasına rəhbərlik edir.
Gender Bərabərliyi Şurasının rəhbəri kimi o, qadın hüquqlarının
pozulmasına müvafiq reaksiya vermədiyinə görə dəfələrlə qınaq
obyektinə çevrilib.