2024-cü ilin əvvəlindən indiyədək Gürcüstanda narkotik
cinayətlərində ittiham olunaraq 270 nəfər, o cümlədən 27 narkotik
alverçisi saxlanılıb.
Bu barədə nazirlikdə keçirilən brifinqdə Mərkəzi Kriminal Polis
İdarəsinin direktoru Teymuraz Kupatadze məlumat verib.
"Bu ilin əvvəlindən ölkə üzrə narkotik cinayətlərinə
görə 270 nəfər saxlanılıb. Onlardan 27-si narkotik alverçisidir.
Aydınlaşdırmaq istərdim ki, saxlanılanlar arasında ənənəvi
əldən-ələ ötürmək metodu ilə narkotik vasitələrin satışı ilə məşğul
olan şəxslər də var. Bundan başqa, narkotik alverçiləri adlanan
şəxslər müxtəlif növ narkotik vasitələrini müəyyən yerlərdə
“gizlədərək-çatdırma” metodu ilə satıblar. Həmçinin saxlanılanlar
arasında sərhəddən qanunsuz olaraq narkotik vasitələri keçirən,
müxtəlif növ narkotik vasitələr gətirən şəxslər də var ki, onlar
bədənlərində gizlədərək ölkəyə narkotik maddə
gətiriblər”, - Kupatadze bildirib.
Daxili İşlər Nazirliyinin məlumatına görə, onların şəxsi
avtomobillərinə və evlərinə baxış nəticəsində maddi sübut kimi
aşağıdakılar götürülüb: Heroin, Kokain, Alfa PVP, Subotek,
Suboksin, Metadon, MDMA, LSD, Mefedron, Amfetamin, Ekstaz, Həşiş və
s.
Agentliyin məlumatına görə, Gürcüstan, Rusiya, İran, Belarus, İraq,
Qazaxıstan, Ukrayna, Hollandiya, Türkiyə, Ermənistan və İordaniya
vətəndaşları saxlanılıb. Cinayətlər 20 ilədək və ya ömürlük həbslə
cəzalandırılır.