Kobaxidze: Çin Gürcüstan vətəndaşları üçün vizasız rejim yaradıb
Çin Gürcüstan vətəndaşları üçün vizasız rejim tətbiq edib. Baş nazir İrakli Kobaxidze bu barədə hökumətin iclasında bildirib və qeyd edib ki, Gürcüstan vətəndaşları Çində 30 gün vizasız qala biləcəklər.

"Çin Xalq Respublikası Gürcüstan vətəndaşları üçün vizasız gediş-gəliş rejiminin tətbiqi ilə bağlı qərar qəbul edib. Gürcüstan vətəndaşları Çində ardıcıl 30 gün qala biləcəklər. Bu, həmvətənlərimizin gediş-gəlişini asanlaşdıracaq mühüm qərardır.
Bu qərar ötən il Gürcüstan və Çin arasında imzalanmış strateji tərəfdaşlıq sazişinin daha bir mühüm praktiki nəticəsidir. Mən Gürcüstan vətəndaşlarını təbrik etmək və bu çox mühüm qərara görə çinli dostlarımıza, Çin hökumətinə təşəkkür etmək istəyirəm”,
- Kobaxidze bildirib.

Gürcüstan ötən il sentyabrın 11-də Çin vətəndaşları üçün birtərəfli qaydada vizasız rejim tətbiq edib. Fərmanı o vaxtkı baş nazir İrakli Qaribaşvili imzalayıb.

"Demək istəyirəm ki, ümumiyyətlə, çinli turistlər dünyada, Avropada, Amerikada, hər yerdə ən arzuolunan turistlərdən sayılırlar. Bizim birbaşa reyslərimiz var, bu məsələ ilə bağlı Çinin baş naziri ilə söhbətim olub",
- Qaribaşvili Çin hökumətinin “səmərəliliyinə” işarə edərək bildirmişdi.

Mənbə: Tabula

Print ელ. ფოსტა
თეგები: Çin Gürcüstan Vizasız rejim
FaceBook Twitter Google