Xelvaçauridə qardaşını öldürməkdə təqsirləndirilən şəxs 16 il müddətinə azadlıqdan məhrum edilib

Prokurorluğun məlumatına görə, Batumi Şəhər Məhkəməsi prokurorluğun təqdim etdiyi sübutları tam qəbul edərək, təqsirləndirilən şəxsi ağırlaşdırıcı şəraitdə qardaşını qəsdən öldürməkdə təqsirli bilib.


“Məhkəmə zamanı tədqiq edilən dəlillər sübut edib ki, 2023-cü il iyunun 2-də Xelvaçauri bələdiyyəsinin Kibe kəndində yerləşən yaşayış evinin həyətində təqsirləndirilən şəxs qarşılıqlı mübahisə zəminində qardaşını tüfəngdən açdığı atəşlə qətlə yetirib" - deyə agentliyin məlumatında
deyilir.

Həmin gün hüquq-mühafizə orqanlarının əməkdaşları Gürcüstan Cinayət Məcəlləsinin 11 Prima 109-cu maddəsinin “K” bəndi (ailə üzvünü qəsdən öldürmə) ilə ittiham olunan müttəhimi saxlayıblar.

Məhkəmənin hökmü ilə təqsirləndirilən şəxs 16 il müddətinə azadlıqdan məhrum edilib.

Mənbə: Tabula

 

Print ელ. ფოსტა
FaceBook Twitter Google