Zurab Azaraşvili səhiyyə naziri vəzifəsindən istefa verib
Gürcüstanın işğal olunmuş ərazilərindən olan məcburi köçkünlər, əmək, səhiyyə və sosial müdafiə naziri Zurab Azaraşvili istefa verib.

Bu barədə hökumət administrasiyası məlumat yayıb.

Onların məlumatlarına görə, Gürcüstanın baş naziri İrakli Kobaxidze səhiyyə naziri ilə danışıb, bundan sonra Zurab Azaraşvili istefa verib.

"Hökumət başçısı yaxın bir neçə gün ərzində yeni səhiyyə nazirini təqdim edəcək", - yayılan məlumatda deyilir.


Print ელ. ფოსტა
FaceBook Twitter Google