İstintaq xidmətinin məlumatına görə, yaşayış evində oyun biznesi
obyekti yaradan 2 nəfər saxlanılıb.
Qurumun açıqlamasına görə, bu obyektdən ölkə hüdudlarından kənarda
fəaliyyət göstərən internet kazinolarının saytlarına müvafiq
məcburi icazə olmadan internet vasitəsilə müxtəlif növ qumar
oyunları ötürülüb.
“Obyekt qanuni fəaliyyət göstərdiyi halda icazə haqqı
kimi dövlət büdcəsinə 100 min lari daxil edilməli idi. Araşdırmalar
zamanı büdcəyə dəymiş ziyan tam ödənilib”, - deyə
məlumatda bildirilir.
Faktla bağlı Gürcüstan Cinayət Məcəlləsinin 192-ci maddəsinin
ikinci hissəsi ilə istintaq başlayıb. Cinayət 3 ildən 5 ilə qədər
azadlıqdan məhrumetmə ilə cəzalandırılır.