Deputat İaqo Xviçia fiziki hücuma məruz qaldığını iddia edib
Qirçi Partiyasının sədri, millət vəkili İaqo Xviçianın sözlərinə görə, ona naməlum şəxs tərəfindən fiziki təzyiq göstərilib, deputat klinikaya aparılıb və hazırda özünü yaxşı hiss edir.
Xviçia jurnalistlərə bildirib ki, ona hücuma “Gürcü arzusu”nun və Patriarxlığın “çirkli təbliğatı” səbəb olub.

İaqo Xviçia polisə müraciət etmədiyini bildirib. AzadlıqRadiosuna Daxili İşlər Nazirliyinin mətbuat mərkəzindən bildirilib ki, faktla bağlı
Cinayət Məcəlləsinin 124-cü (səhlənkarlıqdan sağlamlığa az ağır və ya ağır zərər vurma) maddəsi ilə araşdırma aparılır.

2017-ci ildə “Qirçi” partiyası “Gürcüstanın Xristian, Yevangelist, Protestant Kilsəsi – İncil Azadlıq” dini təşkilatını təsis edib. Partiya bununla da məcburi hərbi xidmət keçmək istəməyən gənclərə yardım edib.

Yeni müdafiə məcəlləsinin təsdiqindən sonra “Qirçi”nın “İncil azadlığı” artıq minlərlə gənci ordudan xilas edə bilmir. Lakin kahinlər alternativ xidmətlə məşğul olmağa borcludurlar.



Print ელ. ფოსტა
FaceBook Twitter Google