Gürcüstan Prokurorluğu Kobuleti şəhərində qəsdən adam öldürmə və
qanunsuz olaraq odlu silah əldə etmə,
saxlama, gəzdirmə işi üzrə bir nəfərə qarşı ittiham irəli
sürüb.
“Daxili İşlər Nazirliyi tərəfindən aparılan istintaq
tədbirləri ilə müəyyən edilib ki, təqsirləndirilən şəxs 2024-cü il
martın 23-də qətlə yetirmək məqsədi iləzərərçəkmişə çoxsaylı
güllələ xəsarətləri yetirib ki, o da aldığı xəsarətlər nəticəsində
dünyasını dəyişib.
Hüquq-mühafizə orqanlarının əməkdaşları təqsirləndirilən şəxsi
2024-cü il martın 24-də saxlayıblar. O, Gürcüstan Cinayət
Məcəlləsinin 108-ci (qəsdən adam öldürmə) və 236-cı maddəsinin
üçüncü və dördüncü hissələri (qanunsuz olaraq odlu silah və döyüş
sursatı əldə etmə, saxlama və gəzdirmə) ilə ittiham olunub ki,
bununla da 10 ildən 15 ilədək azadlıqdan məhrumetmə cəzası nəzərdə
tutulur”, - agentlik qeyd edib.
Onların məlumatına görə, Batumi Şəhər Məhkəməsinin qərarı ilə
təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilib.