Amerika səfirliyindən verilən
məlumata görə, səfir Robin Duniqan “Sosial Ədalət Mərkəzi”
qeyri-hökumət təşkilatının rəhbərliyi ilə görüşüb və onların
qanunun aliliyi, ətraf mühitin mühafizəsi, demokratiya və
bərabərliyin təşviqi sahəsində fəaliyyəti barədə məlumat
alıb.
Səfirliyin məlumatına görə, Gürcüstanın aktiv vətəndaş cəmiyyəti
ölkənin Avroatlantik yolunda mühüm rol oynayır.
“Səfir Dunniqan Sosial Ədalət Mərkəzinin rəhbərliyi ilə görüşüb və
onların qanunun aliliyinin təşviqi, ətraf mühitin mühafizəsi,
demokratiya və bərabərliyin təbliği sahəsində gördüyü işləri
dinləyib. Gürcüstanın fəal vətəndaş cəmiyyəti ölkənin Avro-Atlantik
yolunda mühüm rol oynayır. Birləşmiş Ştatlar bütün gürcülərin
ölkənin Avropa İttifaqına doğru istəklərini irəlilətmək səylərini
dəstəkləyir”, - səfirlikdən bildiriblər.
“Gürcü arzusu” da Rusiya hökuməti kimi vətəndaş təşkilatlarına və
müstəqil KİV-lərə qarşı qanun qəbul etmək niyyətindədir.
Məqsəd bu təşkilatları nüfuzdan salmaqla cəmiyyətdə söz azadlığını
boğmaq və ictimai rəyə nəzarəti bərqərar etməkdir.
Rusiya qanunvericiliyi “xarici güc” və “xarici dövlətin maraqlarını
həyata keçirən təşkilat” terminlərinin yaradılmasını nəzərdə tutur.
Bu termin və xüsusi yaradılmış reyestr ölkədə Avropa dəyərlərinin,
insan haqlarının və demokratiyanın inkişafı üçün çalışan bütün
təşkilatları birləşdirəcək.
Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Digər maraqlı xəbərlər
"Marneuli" radiosunun
Facebook səhifəsində.
Bizi
"Telegram"da
izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
+995557994415