Avstriyanın “AUSTRIAN AIRLINES” aviaşirkəti Gürcüstanda fəaliyyətə başlayıb
Avstriyanın “AUSTRIAN AIRLINES” aviaşirkəti artıq Gürcüstana ilk uçuşunu həyata keçirib. Bu gündən etibarən həftədə üç dəfə Airbus A320 təyyarəsi Vyana-Tbilisi-Vyana istiqamətində uçuşlar həyata keçirəcək.

Xatırladırıq ki, aprelin 25-də Avropa Parlamenti rus qanunu qəbul ediləcəyi təqdirdə vizasız gediş-gəlişin mümkün nəzərdən keçirilməsini nəzərdə tutan qətnamə qəbul edib.

Gürcüstan Hava Limanları İttifaqının məlumatına görə, şirkətlə danışıqlar 2 il davam
edib.

“Biz şadıq ki, ilk reysdə bütün biletlər satılıb və təyyarə tam dolu eniş edib və bu, Vyananın bizim üçün vacib istiqamətlərdən biri olduğunu sübut edir. Gürcüstan Hava Limanları Assosiasiyası Tbilisi hava limanını Avropanın mərkəzi paytaxtları ilə birləşdirməyə davam edir, nəinki sərnişinlərimizin daha çox mobillik və daha çox birbaşa reyslərə malik olması üçün”, – Hava Limanları Assosiasiyasının direktoru İrakli Karkaşadze bildirib.

AUSTRIAN AIRLINES 1957-ci ildə yaradılıb və Lufthansa Qrupunun törəmə şirkətidir. 55 ölkədə 130 istiqamətə uçur.

Təxminən iki həftə əvvəl Hollandiyanın aşağı büdcəli aviaşirkəti Transavia Gürcüstanda fəaliyyətə başlayıb. Aviaşirkət həftədə iki dəfə Amsterdam-Tbilisi-Amsterdam istiqamətində birbaşa, müntəzəm uçuşlar həyata keçirəcək.

Mənbə: Netgazeti

Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Digər maraqlı xəbərlər "Marneuli" radiosunun Facebook səhifəsində.
Bizi "Telegram"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin! +995557994415

“Gürcü Arzusu” bir daha “Rusiya qanununu” qəbul etməyi planlaşdırır. Həmin qanun 2023-cü ilin mart ayında kütləvi etirazlar nəticəsində geri çəkilmişdi. “Gürcü Arzusu” ötən il vəd vermişdi ki, “Rusiya qanunu” Parlamentə qaytarmayacaqlar. Amma vədi pozublar. “Gürcü Arzusu” qanun layihəsinin ilkin formasından yalnız “agent” sözünü çıxarıb və onu xarici maraqların daşıyıcısı ilə əvəz edib.
Qanuna görə, gəlirinin 20%-dən artığı xaricdən əldə olunan bütün QHT və media təşkilatlar xarici qüvvələrin maraq daşıyıcısı hesab olunurlar. Dövlət bu təşkilatların fəaliyyətini və məqsədlərini araşdırmayacaq, onların hamısına xarici qüvvələrin maraq daşıyıcısı adını verəcək.
Qanun sivil ölkələrdə olduğu kimi düşmən əhval-ruhiyyəli ölkələrdən gələn maliyyəyə deyil, Avropa və Amerikadan gələn maliyyəyə istiqamətlənib.
Qanunun irəli sürülməsinə görə, Avropa İttifaqı üzvləri və Gürcüstanın dost ölkə liderləri öz təəccüblərini bildiriblər, Rusiya Prezidentinin mətbuat katibi isə “Gürcü Arzusu”-nun qanununu bəyənib.
Print ელ. ფოსტა
FaceBook Twitter Google