“Agent qanunu”na qarşı çıxan fəal küçədə döyülüb

Mayın 8-nə keçən gecə “Agent qanunu”na qarşı çıxan fəal Laşa Qvinianidze küçədə döyülüb.

O, həmin vaxt zorakılıq aktının yalnız bir fraqmentini lentə ala bilən bir dostu ilə birlikdə olub.
Qvinianidze zədə səbəbindən alt dodağını tikdirməli olub. O, klinikadan “TV Pirveliyə” danışıb.

“Bu, mənim aktivliyimlə bağlıdır... Bu gün 72 yaşlı atama zəng vurub hədələdilər, axşam onlar
bizim hamımızın telefon zarafatı olacağını düşündüyümüz hədə-qorxu gəldilər”,
- deyə Mayın 11-də Tbilisidə keçirilməsi planlaşdırılan yürüşün təşkilatçılarından biri olan fəal bildirib.

Dünən “Milli Hərəkat”ın üzvü Dimitri Çikovani də fiziki təzyiqə məruz qalıb. “Qirçi – daha çox azadlığ”ın lideri Zura Caparidze Facebook-da yazıb ki, qardaşı da fiziki zorakılığa məruz qalıb.

Artıq ikinci gündür ki, naməlum şəxslər “Agent qanunu”nun əleyhdarlarına şəxsi telefon nömrələri ilə zəng edir, onları söyür, hədələyir.
Bu qanun layihəsinin yenidən gündəmə gəlməsinin ardınca Tbilisidə kütləvi etirazlar baş verdi - hakim "Gürcü arzusu" partiyası bu qanun layihəsinin bu il qəbul ediləcəyini bildirir.

Son bir neçə gündə “Agent qanunu”na qarşı çıxan siyasətçilər də döyülüb. “Milli Hərəkat”ın sədri Levan Xabeişvili və “Vətəndaşlar” partiyasının lideri Aleko Elisaşvili polisləri zorakılıqda ittiham edir.

“Agentlər haqqında” qanuna əsasən, Gürcüstanın tərəfdaş ölkələrindən maliyyə alan media və qeyri-hökumət təşkilatları “xarici dövlətin maraqlarını daşıyan təşkilatlar” kimi qeydiyyatdan keçməlidirlər. Ötən il təşəbbüsü ilə irəli sürülən qanun layihəsinə əsasən, onların agent kimi qeydiyyata alınması nəzərdə tutulurdu. Bir il sonra, yeni təqdim olunan qanun layihəsində parlament çoxluğu yalnız təşkilatların qeydiyyat siyahısının adını dəyişib.

Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Digər maraqlı xəbərlər "Marneuli" radiosunun Facebook səhifəsində.
Bizi "Telegram"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin! +995557994415

“Gürcü Arzusu” bir daha “Rusiya qanununu” qəbul etməyi planlaşdırır. Həmin qanun 2023-cü ilin mart ayında kütləvi etirazlar nəticəsində geri çəkilmişdi. “Gürcü Arzusu” ötən il vəd vermişdi ki, “Rusiya qanunu” Parlamentə qaytarmayacaqlar. Amma vədi pozublar. “Gürcü Arzusu” qanun layihəsinin ilkin formasından yalnız “agent” sözünü çıxarıb və onu xarici maraqların daşıyıcısı ilə əvəz edib.
Qanuna görə, gəlirinin 20%-dən artığı xaricdən əldə olunan bütün QHT və media təşkilatlar xarici qüvvələrin maraq daşıyıcısı hesab olunurlar. Dövlət bu təşkilatların fəaliyyətini və məqsədlərini araşdırmayacaq, onların hamısına xarici qüvvələrin maraq daşıyıcısı adını verəcək.
Qanun sivil ölkələrdə olduğu kimi düşmən əhval-ruhiyyəli ölkələrdən gələn maliyyəyə deyil, Avropa və Amerikadan gələn maliyyəyə istiqamətlənib.
Qanunun irəli sürülməsinə görə, Avropa İttifaqı üzvləri və Gürcüstanın dost ölkə liderləri öz təəccüblərini bildiriblər, Rusiya Prezidentinin mətbuat katibi isə “Gürcü Arzusu”-nun qanununu bəyənib.

 

Print ელ. ფოსტა
FaceBook Twitter Google