“Qirçi - Daha çox azadlığ”ın üzvü Boris Çele Kurua və “Axali”nin üzvü Nodar Çaçanidze döyülüb
Mayın 9-na keçən gecə “Agent qanunu”na qarşı çıxan fəallara qarşı fiziki zorakılıq davam edib. “Qirçi - Daha çox azadlıq” partiyasının üzvü Boris Çele Kuruaya hücum edilib. O, Facebook səhifəsində bir neçə nəfər tərəfindən döyüldüyünü yazır.

"Məni döydülər. Mən də vurdum, amma onların əllərində nəsə var idi və mənə üstün gəldilər", - o yazıb.

Partiyası yaralı
Boris Çele Kuruanın fotolarını yayıb.


“Axali” partiyasının üzvü Nodar Çaçanidze də döyülüb. Onunla bağlı məlumatı partiyanın mətbuat xidməti də təsdiqləyib. “Pirveli” telekanalı ilə söhbətində Nodar Çaçanidze bildirib ki, ona 4 nəfər hücum edib. Onun sözlərinə görə, yıxıldığı halda yenə də döyüblər, bu zaman əlləri ilə üzünü örtə bilib:

"Getdim, üzümü zədələmək istədilər və əllərimlə üzümü bağladım, bir az vurdular, amma xoşbəxtlikdən üzümü zədələyə bilmədilər. Bir neçə saniyə davam etdi... Heyf ki, gənc atletik oğlanlar belə dəhşətli işləri görməli olurlar”.

Mayın 9-da Marneuli rayonunun Tsereteli kəndində 4 nəfər Vahid Milli Hərəkat Partiyasının üzvü Qiorqi Mumladzeyə hücum edərək ona fiziki təzyiq göstərib. Onun sözlərinə görə, hücum edənlər avtomobillə evinin yaxınlığında dayanıb onu izləyiblər və onun telefonu ilə foto və video çəkdiyini gördükdən sonra ona hücum ediblər.



Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Digər maraqlı xəbərlər "Marneuli" radiosunun Facebook səhifəsində.
Bizi "Telegram"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin! +995557994415

“Gürcü Arzusu” bir daha “Rusiya qanununu” qəbul etməyi planlaşdırır. Həmin qanun 2023-cü ilin mart ayında kütləvi etirazlar nəticəsində geri çəkilmişdi. “Gürcü Arzusu” ötən il vəd vermişdi ki, “Rusiya qanunu” Parlamentə qaytarmayacaqlar. Amma vədi pozublar. “Gürcü Arzusu” qanun layihəsinin ilkin formasından yalnız “agent” sözünü çıxarıb və onu xarici maraqların daşıyıcısı ilə əvəz edib.
Qanuna görə, gəlirinin 20%-dən artığı xaricdən əldə olunan bütün QHT və media təşkilatlar xarici qüvvələrin maraq daşıyıcısı hesab olunurlar. Dövlət bu təşkilatların fəaliyyətini və məqsədlərini araşdırmayacaq, onların hamısına xarici qüvvələrin maraq daşıyıcısı adını verəcək.
Qanun sivil ölkələrdə olduğu kimi düşmən əhval-ruhiyyəli ölkələrdən gələn maliyyəyə deyil, Avropa və Amerikadan gələn maliyyəyə istiqamətlənib.
Qanunun irəli sürülməsinə görə, Avropa İttifaqı üzvləri və Gürcüstanın dost ölkə liderləri öz təəccüblərini bildiriblər, Rusiya Prezidentinin mətbuat katibi isə “Gürcü Arzusu”-nun qanununu bəyənib.
Print ელ. ფოსტა
FaceBook Twitter Google