Marneulidə Afiq və Anarın “Haydı Söyle” musiqisinə çəkilən klipin təqdimatı keçirildi
13:25 / 17.07.2018
16 iyul tarixində Marneulidə fəaliyyət göstərən "Muğam"
restoranında Afiq Novruzov və Anar Əsgərovun “Haydı Söyle” Remix
musiqisinə çəkilən klipin təqdimatı baş tutdu.
İlk dəfə "Haydı Söylə" musiqisi Türkiyəli müğəni İbrahim Tatlısəsin
ifasında səsləndirilmişdir. Marneulidən olan gənclər musiqiyə
rəngarənglik qataraq tam fərqli bir tərzdə, sözlərinə rep əlavə
edərək ifa etmişdilər.
Klipin təqdimatında gənclər, dəvət olunmuş qonaqlar, media
nümayəndələri və maraqlanan şəxslər iştirak edirdilər. Klip bir il
müddətinə, 60 min dollar civarında məbləğlə, Afiq və Anarın rəsmi
sponsoru olan, Rusiyada yaşayan iş adamı Tağıyev Ruslan İlqar
oğlunun maliyyə dəstəyi ilə çəkilmişdir. Həmçinin klipdə öz həyat
yoldaşı ilə baş rolda çəkilən iş adamı Ruslan Marenulidən olan
gənclərlə klipin təqdimatında rəsmi olaraq müqavilə
imzaladılar.
Afiq Novruzov "Marneuli” Radiosuna müsahibəsi zamanı bildirdi ki,
klipin çəkilişləri üç gün ərzində Tiflis və regionlarda baş tutdu.
Çəklişlər “VnV” Production tərəfindən çəkilmişdir.
Anar Əsgərov gələcək planlarından danışaraq bildirdi ki, yaxın
gələcəkdə növbəti kilplərinin təqdimatını da planlaşdırırlar. Öz
fəaliyyət planlarından danışan Anar Əsgərov qeyd etdi ki, hələ öz
fəaliyyətlərini Gürcüstanda davam etdirməyi düşünürlər.
Afiq və Anarın rəsmi sponsoru olan Rusiyada yaşayan iş adamı
Tağıyev Ruslan "Marneuli" Radiosuna bildirdi ki, gənc müğənnilərə
inkişafı üçün hər cür dəstək göstərəcək.
Qeyd dək ki, Afiq və Anarın yaxın günlərdə növbəti musiqlərinin
təqdimatı da keçirləcək.