Kvemo Kartli qubernatorunun müavinin mülkiyyətində yalnız avtomobil var
Kvemo Kartli qubernatorunun müavini Zaur Darğallının daşınmaz əmlakı yoxdur.
Zaur Darğallının 30 iyul 2018-ci ildə yayımlanmış əmlak bəyannaməsində onun yalnız 2017-ci ildə 60 000 lariyə aldığı Mersedes-Benz markalı avtomobilinin olduğu qeyd olunub.

“TBC-Bank”dakı əməkhaqqı hesabında isə Darğallının 3 251.04 larisi olub. Marneulili deputatlardan fərqli olaraq onun bəyannaməsində nəğd pul vəsaiti barədə yazılmayıb.

Print ელ. ფოსტა
FaceBook Twitter Google